XX Əsrın 80-90-cı İllərində Cənubi Qafqazda Etnik Qrupların Separatizm Əməlləri və Onun Nətıicələri
Creators
Abstract (Turkish)
Məqalədə XIX əsrin əvvəllərində və ondan əvvəlki dövrlərdə ermənilərin bu regiona köçürülməsi, ermənilərin “Dənizdən-dənizə”, “Böyük Ermənistan” utopik ideyalarının formalaşdırılması, 1890-cı ildə yaradılan “Daşnaksutyun” partiyasının Cənubi Qafqazda etnik-milli münaqişələr, terrorçuluq, regionda xalqlar arasında nifaq salmaq, Gürcüstanın Axalkalakidəki, Cavaxeti, Zuqdidi əyalətlərində məskunlaşdırıldıqdan sonra yerli xalqlara qarşı məkrli siyasətləri tarixi mənbələrə istinad edilərək araşdırılmış, müqayisəli təhlillər aparılmış, problemə dair obyektiv münasibət bildirilmişdir. Məqalədə erməni məlliflərinə cavab olaraq, Azıx, Tağlar, Zar, Damcılı, Daş Salahlı, Cənubi Azərbaycandakı Həsənli, Tamtama, o taylı, bu taylı Azərbaycanın açıq tipli qədim insan məskənlərini və düşərgələrini erməni düşərgələri kimi təqdim etmələrini tutarlı faktlarla Azərbaycana məxsusluğu elmi əsaslarla ictimaiyyətə xatırladılır. Həmçinin, opponentlərdən Q.Şmidtin, N.Buxarinin, Q.Krijanovskinin ermənipərəst mövqeləri obyektivcəsinə təhlil edilmiş inandırıcı sübutlarla onların saxtakarlığı sübuta yetirilmişdir. Məqalədə e.ə IV-III minillikdə Kür-Araz abidələrinin də erməniləşdirilməsi cəhdlərinə qarşı iradlar yer almış, ermənilərin qeyri-obyektiv mülahizələrinə cavab verilmişdir. Beləliklə, məqalədə müasir baxımdan ümumiləşmələr aparılmış II Qarabağ müharibəsində əldə edilmiş hərbi qələbənin siyasi mahiyyəti təhlil edilmiş, beynəlxalq miqyasda aparılan diskusiyalara obyektivcəsinə münasibət bildirilmişdir.
Files
Files
(55.1 kB)
Name | Size | Download all |
---|---|---|
md5:9f7fcb40f88648ca9966cc71386b57f2
|
55.1 kB | Download |
Additional details
Software
- Repository URL
- https://dergipark.org.tr/tr/pub/atdd/issue/90920/1666337