Published July 4, 2020 | Version v1
Journal article Open

BİRLƏŞDİRİCİ TOXUMANIN DİFFUZ XƏSTƏLİYİ OLAN UŞAQLARDA AUTOİMMUN İLTİHABI PROSESİN ANEMİK SİNDROM İNKİŞAFINA TƏSİRİ

Authors/Creators

  • 1. MediClub Hospital. MD

Description

Məqsəd: Tədqiqat işi BTDX olan uşaqlardaautoimmun iltihabı prosesin dəmir mübadiləsi, anemik sindromun inkişafı və anemik sindromun aradan qaldırılmasını  öyrənmək məqsədi ilə aparılmışdır.

 

Metod: Tədqiqata cəlb edilmiş xəstələr ATU-nun Tədris Terapevtik Klinikasının III Pediatriya şöbəsində müalicə alan uşaqlar arasından seçilmişdir.

Müayinəyə 32 nəfər 3-18 yaşlı birləşdirici toxumanın diffuz xəstəliyi olan xəstə uşaq cəlb edilmişdır. Bu uşaqların hər birində qanın ümumi analizi, qanda  dəmir, ferritin, transferrin, transferrinin doyma səviyyəsi, fol turşusu, B12 vitamini, CRP, RF, ASO, eritropoetin, düz-Kumbs reaksiyası, ANA, anti-dsDNT, anti-ssDNT yoxlanılmışdır. Alınmış nəticələr variasiya (U-Uilkokson) və diskriminant (χ2 –Pirson) analiz üsulları ilə Microsoft Office Excel-2010 ve SPSS-20 statistik  paketlərində işlənilmişdir.

 

Tədqiqatın nəticələri: Aparılmış tədqiqat nəticəsində müayinəyə cəlb edilmiş 32 uşaqdan 20 (62,5%) nəfərində anemik sindrom aşkarlanmışdir ki,  bu uşaqların 17 nəfəri qız (85%), 3 nəfəri oğlan (15%) olmuşdur. Qruplarda gender göstəricilərində randomizasiya prinsiplərinə əməl olunmuşdur.

Tədqiqat nəticəsində anemiyanın laborator göstəriciləri və əsas xəstəliyin klinik-laborator fəallıq göstəriciləri arasında korrelyasion əlaqənin olması müəyyən edilmişdir. Autoimmun markerlədən anti ssDNT ilə Hb arasında r= -0,22, p<0,05 dürüst əks qarşılıqlı əlaqə, CRP və ANA arasında müsbət qarşılıqlı korrelyasion əlaqənin  (r=+0,55; p<0.01) olduğu aşkar edilmişdir. Həmçinin CRP ilə hemoqlobin göstəriciləri arasında dürüst korrelyasiya əlaqəsinin olduğu müşahidə edilmişdir. CRP ile Hb arasında müalicədən əvvəl r= - 0.22 ve mualicədən sonra r= - 0.27 (p<0.05) dürüst əks qarşılıqlı əlaqə, CRP ilə ferritin arasinda müalicədən əvvəl – r = +0.29 (p <00.5) ve müalicədən sonra r = +0.33 (p<0.01) dürüst müsbət qarşılıqlı əlaqə olduğu aşkar edilmişdir.

Əsas xəstəliyin bazis terapiyasından sonra anemik sindromlu xəstələrdə Hb-nin səviyyəsi 14,2% (p<0,001) yüksəlmiş, zərdabda dəmir 51% (p<0,001) artmış, ferritinin səviyyəsi 20,4% (p<0,05) azalmış, TFD%-i 21,1% (p<0,001) yüksəlmişdir.

BTDX zamanı xronik autoimmun iltihabi prosesin anemik sindromun inkişafına təkan verərək, əsas xəstəliyin gedişi və proqnozunun pisləşməsinə səbəb olduğu öyrənilmişdir.

Files

Proceeding-Soft.pdf

Files (4.3 MB)

Name Size Download all
md5:9f1195c0b3b7bb8e678b63bdcd1148a7
4.3 MB Preview Download