Published March 27, 2026 | Version v1
Journal article Open

BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA ƏLİFBA MÜZAKİRƏLƏRİ

  • 1. Karabakh University

Description

Xülasə

Türk dünyasında ortaq yazı sistemi ideyası XX əsrin əvvəllərində milli-mədəni inkişafın əsas istiqamətlərindən biri kimi gündəmə gəlmiş, bu prosesin ən mühüm mərhələsi 1926-cı il 26 fevral – 6 mart tarixlərində Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olmuşdur. Qurultayda müxtəlif türk xalqlarını təmsil edən ziyalılar əlifba məsələsini yalnız texniki yazı problemi deyil, milli kimlik, təhsil siyasəti və mədəni inteqrasiyanın strateji amili kimi müzakirə etmişlər.

Ərəb qrafikasını müdafiə edənlər onun türk xalqlarının tarixi-mədəni irsini qoruduğunu, dini mətnlərin oxunmasını asanlaşdırdığını və mövcud oxu-yazı vərdişlərini saxladığını bildirirdilər. Lakin ərəb əlifbasının türk dillərinin fonetikasına tam uyğun gəlməməsi və savadlanma prosesini ləngitməsi kimi məhdudiyyətlər də ciddi arqument kimi təqdim olunurdu.

Latın əlifbasının tərəfdarları onun fonetik uyğunluğunu, öyrənilmə sadəliyini və vahid elmi-metodoloji baza formalaşdırmaq imkanını əsaslandırır, bu keçidin türk xalqları arasında elmi-mədəni əlaqələri gücləndirəcəyini və modernləşməyə xidmət edəcəyini vurğulayırdılar.

Beləliklə, Qurultay əlifba müzakirələrini türk mədəni inkişafının gələcək konsepsiyasını müəyyənləşdirən əsas platforma kimi qiymətləndirmişdir.

Açar sözlər: Birinci Türkoloji Qurultay, əlifba islahatı, latın qrafikası, ərəb qrafikası, yazı birliyi, dil siyasəti.

Files

Elchin Ibrahimov.pdf

Files (2.7 MB)

Name Size Download all
md5:2fde08ac03e4da9a5f3e21535ee9933f
2.7 MB Preview Download

Additional details

Identifiers

ISSN
2992-9229