Published March 14, 2026 | Version v1
Preprint Open

Simmetrik Skelet Strukturu yanaşması əsasında barium izotoplarının nüvə quruluşunun analizi

Authors/Creators

Description

Atom nüvəsinin quruluşunun öyrənilməsi nüvə fizikasının fundamental problemlərindən biridir. Atom nüvəsinin struktur xüsusiyyətlərini izah etmək üçün müxtəlif nəzəri modellər təklif edilmişdir. Bunlara maye damcı modeli, qabıq modeli və kollektiv nüvə modelləri daxildir [1], [2], [3], [4]. Bu modellər nüvənin enerji səviyyələrinin quruluşunu, sabitlik xüsusiyyətlərini və radioaktiv parçalanma proseslərini izah etmək üçün geniş istifadə olunur.

Bununla yanaşı atom nüvəsinin simmetriya xüsusiyyətlərinin araşdırılması nüvə strukturlarının alternativ interpretasiyasına imkan verir. Fiziki sistemlərin simmetriya qanunları uzun müddətdir ki, fundamental nəzəri prinsiplərdən biri hesab olunur və bu qanunlar atom nüvəsinin struktur xüsusiyyətlərinin izahında mühüm rol oynayır [5], [6], [7], [8].

Bu tədqiqatda barium elementinin izotoplarının nüvə quruluşu Simmetrik Skelet Strukturu (SSS) yanaşması əsasında analiz edilmişdir. Bu yanaşmada atom nüvəsi proton və neytronların müəyyən simmetrik və harmonik quruluş qanunlarına uyğun yerləşdiyi sistem kimi nəzərdən keçirilir.

Barium elementi (Z = 56) nüvə strukturu baxımından xüsusi maraq doğuran elementlərdən biridir. Bu element çoxsaylı izotoplara malikdir və onların nüvə xüsusiyyətləri geniş şəkildə öyrənilmişdir [9], [10], [11], [12].

Bu məqalədə barium izotoplarının nüvə xüsusiyyətləri analiz edilmiş və onların stabillik xüsusiyyətlərinin üç əsas zona üzrə təşkil olunduğu göstərilmişdir:

  • neytron defisiti zonası
  • stabil interval zonası
  • neytron artıqlığı zonası.

Araşdırma nəticələri göstərir ki, barium izotoplarının nüvə sabitliyi proton və neytron saylarının qarşılıqlı balansı ilə müəyyən olunur və bu balans nüvənin struktur xüsusiyyətlərini müəyyən edən əsas faktorlardan biridir.

Files

56Ba_isotopes.zip

Files (40.8 MB)

Name Size Download all
md5:253c8e8930e75edb2338eb41e128d28b
39.6 MB Preview Download
md5:d7d6efd8a02ef516c936281a7b41b0c7
1.2 MB Preview Download

Additional details

Dates

Available
2026-03-14
Available