Published February 15, 2026 | Version v1
Journal article Open

İNFORMASİYA ÖLÇÜLMƏSİ VƏ KODLAŞDIRMA SİSTEMLƏRİNİN TELEKOMMUNİKASİYA TEXNOLOGİYALARINDA TƏTBİQİ

Description

Müasir telekommunikasiya texnologiyalarının sürətli inkişafı informasiya axınlarının səmərəli, etibarlı və itkisiz ötürülməsini zəruri etmişdir. Bu baxımdan informasiyanın ölçülməsi və kodlaşdırma sistemləri rabitə sistemlərinin əsas elmi-nəzəri və texnoloji komponentlərindən biri hesab olunur. Məqalədə informasiyanın ölçülməsinin nəzəri əsasları, o cümlədən informasiya miqdarı, ölçü vahidləri və entropiya anlayışı geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda, kodlaşdırma sistemlərinin mahiyyəti, mənbə və kanal kodlaşdırmasının funksiyaları, eləcə də onların məlumatların sıxlaşdırılması və ötürülmə zamanı səhvlərin minimuma endirilməsində rolu araşdırılmışdır. Müasir telekommunikasiya texnologiyalarında — mobil rabitə sistemlərində, fiber-optik şəbəkələrdə və peyk rabitəsində — informasiyanın ölçülməsi və kodlaşdırma mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetirilmişdir.Məqalədə həmçinin kodlaşdırma sistemlərinin rabitə kanallarının buraxma qabiliyyətinə, ötürmə sürətinə və informasiya təhlükəsizliyinə təsiri nəzərdən keçirilmişdir. Aparılan təhlillər göstərir ki, optimal ölçmə və kodlaşdırma üsullarının tətbiqi telekommunikasiya sistemlərinin ümumi səmərəliliyinin artırılmasında mühüm rol oynayır və gələcək rəqəmsal rabitə texnologiyalarının inkişafı üçün elmi əsas yaradır.

Files

7.ТЕХНИЧЕСКИЕ НАУКИ 21-69-73.pdf

Files (537.1 kB)

Name Size Download all
md5:2c96428e45a7c1c90373b386d741b5b0
537.1 kB Preview Download