MAQSUD ŞEYXZADƏ VƏ ONUN "QƏZƏL MÜLKÜNÜN SULTANI" KİTABININ TƏHLİLİ
Authors/Creators
- 1. Filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, Azərbaycan, Bakı, +994 50 382 74 59; almazulvi1960@mail.ru orcid iD – 0000-0001-7991-3969
Description
Maqsud Şeyxzadə XX əsrin görkəmli ədəbi və elmi simalarından biri kimi Azərbaycan və Özbəkistan arasında mədəni körpü rolunu oynamışdır. Onun çoxşaxəli yaradıcılığı içində Əlişir Nəvai irsinin öyrənilməsinə həsr olunmuş “Qəzəl mülkünün sultanı” kitabı xüsusi yer tutur. İlk dəfə 1972-ci ildə nəşr edilən bu əsər, əsasən, Nizami və Nəvai yubileyləri ilə bağlı aparılmış 1940–1950-ci illər tədqiqatlarına əsaslanır. Müəllif burada Nəvainin poetikasını, lirikasını, qadın obrazlarını, maarifçi və vətənpərvər ideyalarını, folklorla əlaqələrini geniş təhlil etmiş, onun yaradıcılığını dövrün mənəvi-siyasi mühiti ilə birlikdə öyrənmişdir.
Müstəqillik dövründə kitab sovet ideoloji əlavələrindən təmizlənərək yenidən nəşr olunmuş, bu da Şeyxzadənin elmi səliqə və obyektivliyini bir daha göstərmişdir. “Qəzəl mülkünün sultanı” həm nəvaişünaslıq üçün, həm də Azərbaycanla Özbəkistanın ortaq klassik irsinin təbliği baxımından əvəzsiz mənbə kimi dəyərləndirilir.
Files
4-10.pdf
Files
(653.6 kB)
| Name | Size | Download all |
|---|---|---|
|
md5:4cc3a9d32d5a3129423bf9df9000328e
|
653.6 kB | Preview Download |