İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İSTİFADƏ OLUNAN ANTONİMLƏR VƏ ONLARIN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Authors/Creators
Description
Leksikologiya dilçiliyin əsas bölmələrindən biri hesab edilir. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Leksikologiya dilçiliyin daim geniş tətbiq olunan sahələrindən biridir. Biz leksikologiya şöbəsində sözün leksik və qrammatik mənasını, təkmənalı və çoxmənalı sözləri, sinonimləri, omonimləri və antonimləri və digər sahələri öyrənirik. Leksikolgiyanın hər bir sahəsi İngilis və Azərbaycan dillərinin tətbiq olunmasında geniş əhəmiyyətə malikdir.