1944-1945-Cİ İLLƏR CƏNUBİ AZƏRBAYCAN POEZİYASI
Authors/Creators
Description
Məqalədə Böyük Vətən müharibəsi illərində Cənubi və Şimali Azərbaycan ədəbi əlaqələri
təhlilə cəlb olunmuşdur. Bu hərəkata qoşulan vətənpərvər şairlər idi. Onları bir amal, bir
məqsəd birləşdirirdi. Əsərlərində azadlıq, istiqlal motivləri üstünlük təşkil edirdi. Ürək
sözlərini ana dilində qələmə alan bu şairlər xöşbəxt görünürdü. İlk dəfə cənublu bacı,
qardaşlarımızın dili, qələmi azad idi.Bəşəri ideyalar onları ağuşuna almışdı. Əsərlərini Sovet
Azərbaycanında nəşr olunan mətbu orqanlara göndərirdilər. Şər qüvvələr üzərində qələbənin
poetik tərənnümü onlara yaradıcılıq gücü verirdi. Bu hisslərini cənublu qardaşları ilə bölüşən
yazarlar bir növ mənəvi sakitlik tapırdı.
Xalqın ürək çırpıntılarını, arzu və əməllərini tərənnüm edən bu şairlər çox gözəl anlayırdılar ki,
vətənsiz yaşanmaz. Tapdanmış torpaqda şəhidlərin, uluların ruhu didərgindir. Yazılan bədii
nümunələr də Azəri xalqının ucalan səsi, onların diləkləri və ürək çırpıntılarıdır. Onlar vətənini,
onun kədərini duyan, hiss edən insanlardır. Şeirlərin məzmun gözəlliyinə diqqət yetirən hər
kəs onu da bilməlidir ki, burada təsvir olunan hər şey həyat həqiqətlərinə əsaslanıb. Xalqı
birliyə, sədaqətə, azadlığa çağıran bu şəxslər cəmiyyətin taleyini uzaqgörənliklə dərk edirdilər.
Cənubi Azərbaycan xalqının fədakarlığı, çalışqanlığı, daxili və mənəvi zənginliyi, zirəkliyi
onlarda azadlıq və istiqlaliyyətə olan inamı artırdı.
Files
72-78.pdf
Files
(248.2 kB)
| Name | Size | Download all |
|---|---|---|
|
md5:1694c7aaaeed9db77da183b30ff2f989
|
248.2 kB | Preview Download |
Additional details
Related works
- Is published in
- Journal: 3023-5480 (ISSN)