Published October 29, 2013 | Version 1.nəşr 2013 Qafqaz Universiteti
Book Open

Azərbaycan İqtisadiyyatı

  • 1. Baku Engineering University

Description

SSRİ-nin süqutunun ardınca, 1991-ci ilin axırlarında, tarix səhnəsində beynəlxalq iqtisadi və siyasi stabillik ünsürü olmağa başlayan Azərbaycanda, on doqquz ilidən artıq müddət ərzində iqtisadi-liberal nöqteyi nəzərindən sərbəst bazar şərtlərinə görə bir iqtisadi sistem formalaşdırılmağa başlanıldı. 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir. 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı. Azərbaycanın müstəqillik qazanmasından sonra siyasi, sosial və iqtisadi böyümə, inkişaf və müstəqillik nöqteyi nəzərindən müsbət mənada mühüm addımlar atdığı müşahidə edilir. Vacib hüquqi və idari nizamlamalara baxmayaraq, tətbiqi prosesə və iqtisadi göstəricilərə əks olunan müsbət inkişaf nəzərə alındıqda, Azərbaycanın XXI əsrdə dünyanın inkişaf etmiş, sivil, güclü bir dövləti olmağa namizəddir. Azərbaycanda stabil inkişaf edən bir iqtisadiyyat formalaşdırılsa da, əlbəttə yenə də daha çox və əhəmiyyətli bir sıra addımların atılması vacibdir. Keçid dövrü başa çatsa da, dünya iqtisadi məkanına inteqrasiya üçün bir sıra mühim işlərin görülməsi zəruri və vacibdir. Bu kitabın Azərbaycan iqtisadiyyatına maraq göstərən hər kəsə faydalı olması ümidi ilə.

Files

AzerbaycanIqtisadiyyati (1).pdf

Files (5.1 MB)

Name Size Download all
md5:e325f3a93ef220bbd82b7128838a8039
5.1 MB Preview Download