Published June 25, 2013 | Version pdf
Journal article Open

Dağlıq Şirvan Bölgəsində Dəmyə Şəraitində Payızlıq Yumşaq Buğdanın Bitki Örtüyü Temperaturunun Tədqiqi

  • 1. ET Əkinçilik İnstitutunun Qobustan Bölgə-Təcrübə Stansiyası, Pirşağı qəs., Bakı AZ 1098, Azərbaycan E-mail: huseynova-i @ botany-az.org
  • 2. AMEA Botanika institutu, Badamdar şossesi, 40, Bakı AZ 1073,Azərbaycan

Description

Nəmliklə təmin olunmamış Dağlıq Şirvan ərazisində (Qobustan rayonu) 21 yumşaq buğda genotiplərinin bitki örtüyünün temperaturu (BÖT) ölçülmüşdür. Müəyyən olunmuşdur ki, buğda genotipləri arasında BÖT-ün qiymətlərinə görə müəyyən fərqlər vardır. Lakin bu fərqlərin aşkar olunması üçün BÖT-ün ölçülmə zamanının düzgün müəyyən olunması vacibdir. Buğda genotipləri arasında BÖT-ün qiymətindəki fərqlər, onların torpaqdakı suyu mənimsəmə qabiliyyətlərini müəyyən etmək üçün BÖT qiymətlərinin sünbülləmədən sonra qısa zaman intervalı ilə ölçülməsinin zəruri olduğu göstərilmişdir. Bu həm də BÖT-ün genotiplərin digər morfofizioloji xüsusiyyətləri ilə əlaqələrinin araşdırılmasına yardımçı ola bilər. Bununla yanaşı, müəyyən olunmuşdur ki, bitkinin kökləri tərəfindən torpaqdan udulan suyun gövdənin yuxarı hissələrinə ötürülməsində bitkinin boyu önəmli rol oynayır. Bitkinin yuxarı hissələrinə suyun daha optimal ötürülməsini təmin etmək üçün qısa və orta boyluluğun əhəmiyyəti vardır ki, bu xüsusiyyət Dağlıq Şirvan bölgəsində buğdanın seleksiyasında digər parametrlərlə yanaşı tətbiq oluna bilər.

Files

20.pdf

Files (261.3 kB)

Name Size Download all
md5:a60fff400fa0719f5dd7746f3cf46a1a
261.3 kB Preview Download