XX ƏSRDƏ MÜXTƏLİF ÖLKƏLƏRDƏ MƏKTƏB SİYASƏTİ, TƏHSİLİN İNKİŞAFI VƏ XALQ TƏHSİL SİSTEMLƏRİNİN TƏŞKİLİNİN ƏSAS PRİNSİPLƏRİ
Description
Dünyanın bütün ölkələrində gənc nəslin təhsil və tərbiyəsi indiki dövrdə böyük aktuallıq kəsb edir. ABŞ, Qərbi Avropa, Yaponiya, Rusiya və s. tanınmış nüfuzlu ölkələrdə böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı əldə olunmuş nailiyyətlər, töhfələr bütün dünya ölkələrinə öz təsirini göstərmişdir. Eyni zamanda Azərbaycanda da dünya ölkələrinin təhsil sistemi geniş müzkirə mövzularından biri olmuşdur. Bu baxımdan bir çox ölkələr Ümumavropa təhsil məkanına inteqrasiya olunmaqla, hər bir ölkənin təhsilinin öz spesifikasına uyğun müəyyənləşməsi əsas çıxış yolu olmuşdur. Dünya hazırda vahid deyil, məhz buna görə də təhsilin hər hansı bir vahid modeli də mövcud ola bilməz. Buna baxmayaraq biz ölkələri az və çox inkişaf etmiş ölkələrə bölürük, bunlar içərisində elələrini seçirik ki, özümüzü onlara oxşatmaq böyük əhəmiyyət kəsb etsin və nəticə etibarı ilə müasir inkişaf etmiş cəmiyyətin insanının hər hansı bir modeli təsvir oluna bilsin. Məqalə yazılarkən mövcud dünya təhsil sisteminə aid bir çox məlumatlara istinad edilmiş, onların faydalı cəhətləri nəzərə alınmışdır. Məqalədə dünyada tanınmış nüfuzlu ölkələrin təhsil sisteminin yaranma tarixi, inkişafı və bu günə kimi əldə olunan nailiyyətləri nəzərdən keçirilir. Dünyada təhsil sistemlərinin mahiyyəti sxematik şəkildə belədir: ilk dəfə olaraq məktəbin yaranması, inkişafı tarixi, indiki dövrdə müasir elm və təhsilin əldə etdiyi nailiyyətlər və töhfələr, ölkə təhsil və elminin zirvəsinə qalxmış şəxslərin nailiyyətləri və onların qiymətləndirilməsi, hər bir ölkə ictimaiyyətinin bu prosesin inkişafında göstərdiyi səciyyəvi cəhətlər özünü əks etmişdir. Məqalədə real həyatda ölkələrin təhsil sistemlərinin bir-birinə inteqrasiyası geniş və açıq şəkildə şərh olunmuşdur.