Texniki tənzimlənmənin enerji infrastrukturunun effektivliyinin artırılmasında rolu və əhəmiyyətinin dəyərləndirilməsi
Description
Tədqiqatın məqsədi enerji infrastruktur kompleksinin effektivliyinin, habelə enerji məhsullarının keyfiyyətinin artırılmasında texniki tənzimləmənin rolu və əhəmiyyətinin dəyərləndirilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası verifikasiya prinsiplərinə əsaslanaraq, nəzəri tədqiqi, elmi məntiqi və müqayisəli təhlil üsullarını əhatə edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti: nəzəri aspektdə tətbiqi əhəmiyyətini enerji sektorunda texniki tənzimlənmə konsepsiyasını zənginləşdirmək, praktiki aspektdə isə Azərbaycanın enerji infrastrukturu kompleksində texniki tənzimləmə ilə bağlı strategiyaların və dövlət proqramının hazırlanmasında mənbə kimi istifadə imkanları təşkil edir.
Tədqiqatın nəticələri: tədqiqatın başlıca nəticələri qlobal çağırışlar baxımından texniki tənzimləmənin enerji infrastrukturu kompleksində tətbiqinin genişləndirilməsi zəruriliyinin və bu istiqamətdə yeni mütərəqqi iqtisadi alət olduğunun əsaslandırılması ilə bağlıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi: tədqiqatın orijinallığını texniki tənzimləmə ilə bağlı ümumkonseptual məsələlərin nəzəri-metodoloji aspektdə, milli, regional və beynəlxalq təşkilatlar sferasında biliklərin inteqrasiyası əsasında təhlili təşkil edir. Tədqiqatın elmi yeniliyi isə texniki tənzimləmə məsələlərinin enerji infrastrukturu kompleksində tətbiqinin genişləndirilməsi zəruriliyinin yeni qlobal çağırışlar kontekstində əsaslandırılmasıdır.
Açar sözlər: texniki tənzimləmə, iqtisadi inkişaf, enerji infrastrukturu, elektroenergetika, effektivlik.