Published June 26, 2020 | Version v1

TÜRKİYƏ RESPUBLİKASI ƏRAZİSİNDƏ ARAZ ÇAYININ EKOLOJİ MİKROBİOLOGİYASI

  • 1. Azərbaycan Tibb Universitetinin, Tibbi biologiya və genetika kafedrası. Azərbaycan.

Description

Tədqiqatın  məqsədi

İlk dəfə olaraq, Türkiyyə Respublikası ərazisində Araz çayı ilk mənbədən qonşu dövlətlərlə sərhəd sahələrdə ilin fəsilləri üzrə mikrobioloji cəhətdən müfəssəl öyrənilmişdir.

 

Tədqiqatın  material və metodları

Bütün nümunələr aseptik qaydalara riayət olunmaqla – sular Y.İ.Sorokin batometri və lil-qrunt isə steril şpatel (çayda), kiçik QOIN borucuğu (su anbarında) ilə  götürülmüşdür . İlkin mikrobioloji analiz-əkmələr nümunə götürülən vaxtdan 2 saatdan gec olmadan aparılmışdır (çöl-ekspedisiya şəraiti və stasionar-laboratoriya). Suyun  temperaturu   civə   sütunlu   dərinlik  termometri  ilə  ölçülmüşdür.  Üzvi  maddələrin  biodestruksiyası  Vinkler-Vinberq (1960) üsulları  ilə  təyin  edilmişdir. Fitoplanktonun (yosunların) ilkin  məhsulu  karbon  14  izotopu  vasitəsilə (Stemann  Nilsen, 1952; Sorokin,1956)  ənənəvi  klassik  üsullarla  təyin  edilmişdir. 2010-2016-ci illərdə ilin  fəsilləri  üzrə  2296  məntə-stansiyada  1897-su, lil-qurunt nümunələri  toplanmış  və  həmin nümunələrdən  istifadə  etməklə  5319 analiz-əkmələr tərəfimizdən aparılmışdır.Bütün alınan rəqəmlər nəticələr statistik  işlənmişdir.

 

Tədqiqatın  nəticələri

Öz başlanğıcını Türkiyə Respublikasının Şərqi Anadolu dağlarından götürən Araz (Bingöl dağları) çayının Ermənistan, Azərbaycan və İİR ilə sərhəd ərazilərinə kimi məcraları yuxarı axar hesab olunur. Son 50 ildə aparılan tədqiqatlardan məlum olmuşdur ki, Araz çayının orta və aşağı axarları, ərazilərindən keçdikləri dövlətlər tərəfindən uzun illərdən bəri aramsız davam edən antropogen təsirlərə məruzdur. İlk dəfə olaraq , Türkiyyə Respublikası ərazisində Araz çayı ilk mənbədən qonşu dövlətlərlə sərhəd sahələrdə ilin fəsilləri üzrə mikrobioloji cəhətdən müfəssəl öyrənilmişdir.Araz çayı hövzəsinin Türkiyyə Respublikasna aid olan ərazisində tədqiqatların aparılması və müşahidələrin həyata keçirilməsi üçün , onun əsas axar qollarını əhatə edən 16-17 məntəqə nəzərdə tutulmuşdur. Bundan başqa Araz çayının ən iri qolları Pasinçaydan, Qərbi Arpaçaydan və Karsçaydan da nümunələr toplanmışdır. Ümumiyyətlə, tədqiqatlar aparılan müddətdə 286 su və lil-qrunt nümunələri toplanmış və onlarda mikroorqanizmlərin ümumi miqdarı A.Razumov və S.Vinoqradskinin metoduna əsasən hesablanmışdır. Saprofit, koliform və fizioloji qrupa aid bakteriyalar  V.Romanenko, S.Kuznetsovun “Mikrobioloji laborator tədqiqatları” əsərinə əsasən əldə edilmişdir. Həmçinin hər dəfə suların fiziki xassələrinə aid göstəricilərdən suyun temperaturu, şəffaflıq dərəcəsi axın sürəti ölçülmüşdür. Sularda öz-özünə təmizlənmə prosesinin intensivliyini , saprobluq dərəcəsini, axın boyu çirklənmə məntəqələrini müəyyən etmək üzrədə müşahidələr aparılmışdır. Sularda şəffaflıq Sekki lövhəsi ilə oksigenin miqdarı və üzvi maddələrin biodestruksiya olunması intensivlyi Vinkler-Vinberq üsulu ilə öyrənilmişdir.

 

Yekun. Beləliklə ilin fəsilləri üzrə Araz çayı hövzəsində başa çatdırılan mikrobioloji və sanitar- hidrobioloji tədqiqatlardan aydın olmuşdur ki, Türkiyə  Respublikası ərazisində Ermənistanla sərhəddə Qərbi Arpaçaya Araz çayı hövzəsində bir neçə yaşayış  məntəqələri, heyvandarlıq ferma-birlikləri tərəfindən lokal çirklənmə qeyd edilir. Eyni zamanda  da axın boyu hövzədə 18-20 km məsafədə suların ekoloji sabitliyi bərpa olunur. Ona görə etiraf etmək lazımdır ki, Araz çayı Türkiyə Respublikası ərazisindən qonşu dövlətlərlə sərhəd sahələrə kimi təmizdir. Bununla belə, Arazın Ermənistan ərazisində ilkin və kəskin dərəcədə çirklənməsi-zəhərlənməsi müəyyən olmuşdur.

Files

Proceeding-Soft.pdf

Files (4.3 MB)

Name Size
md5:751d8900d9b59ff6b53f6d49d834a492
4.3 MB Preview Download