Published June 25, 2020 | Version v1
Journal article Open

İNSAN FƏALİYYƏTİ NƏTİCƏSİNDƏ SÜRÜNƏNLƏRİN SÜMÜK VƏ ƏZƏLƏ TOXUMASINDA YÜKSƏK TOKSİKİ TƏSİRLİ MİKROELEMENTLƏRİN TOPLANMASI

Authors/Creators

  • 1. Azərbaycan Tibb Universiteti, Tibbi biologiya və genetika kafedrası.

Description

İşin məqsədi

Son illər Abşeron yarımadası texnogen və antropogen faktorlarla daha çox çirklənməyə məruz qalıb və bu prossesdə insan amili və onun fəaliyyəti mühüm rol oynayır. Tədqiqat işinin məqsədi yarımada üçün səciyyəvi olan 3 növ sürünənin sümük və əzələ toxumasında güclü toksiki təsirə malik olan mikroelementlərin miqdari analizinin aparılmasıdır.

Material və metodlar

Tədqiqat obyekti kimi Sürünənlər sinfinin (Reptilia) nümayəndəsi olan Aralıqdənizi tısbağası (Testudo graeca L.1758), Xəzər nazikbarmaq gekkonu (C.caspius E. 1831), Su ilanı (Natrix tessellata Laurenti, 1768) seçilmişdir. Material toplamaq üçün marşrut üsulundan istifadə olunmuşdur. Seçilmiş fon reptili növlərinin əzələ və sümük toxumasında  toksiki təsirə malik olan mikroelementlərdən nikel Ni, mis Cu, qurğuşun Pb, kadmium Cd və  sinkin Zn miqdarı öyrənilmişdir. Toplanmış materialın  miqdari analizi Atom Absorbsiya Spektroskopiya metodu ilə həyata keçirilmişdir.

Nəticələr

Nəticələr göstərir ki, mis mikroelementi Xəzər nazikbarmaq gekkonunun sümük və əzələ toxumasında 9,426 mq/ kq, Aralıqdənizi tısbağalarında 4.364 mq/kq , Su ilanında 1,322 mq/kq müəyyən olunmuşdur.Öyrənilən sürünənlərin sümük və əzələ toxumasında nikelin miqdarı Xəzər nazukbarmaq gekkonunda -2,499 mkq/kq, su ilanında 1,392 mkq/kq, Aralıqdənizi tısbağalarında 1,122 mkq/kq olmuşdur. Tədqiqat obyektimiz olan sürünənlər arasında qurğuşun mikroelementi Xəzər nazik barmaq gekkonunun sümük və əzələ toxumasında 5,060 mq/kq, Su ilanında 0,564, Aralıqdənizi tısbağasında 0,547 mq/kq  həddindədir.Tədqiqat apardığımız sürünənlərin sümük və əzələ toxumasında kadmiumun miqdarı Xəzər nazikbarmaq gekkonunda 0,103 mq/kq, su ilanında 0,059 mq/kq, Aralıqdənizi tısbağalarında isə 0, 055 mq/kq səviyyəsindədir. Xəzər nazikbarmaq gekkonunun sümük və əzələ toxumasında sinkin miqdarı 554, 2 mq/kq, Su ilanında 274,7 mq/kq, Aralıqdənizi tısbağalarında isə 212,4 mq/kq olmuşdur.

Yekun 

Öyrəndiyimiz beş mikroelementin hamısı Xəzər nazikbarmaq gekkonunun bədənində üstünlük təşkil edir. Qeyd etməliyik ki, Xəzər naziikbarmaq gekkonu fon növlər içərisində kütləcə az və funksional baxımdan isə çox aktiv heyvandır. Onun texnogen ərazilərdə neft və qazçıxarma buruqlarında rast gəlinməsi həm plastikliyini, həm də toksiki mikroelementlərə qarşı dözümlü olmasını göstərir. Ona görə də müəyyən olunan mikroelementlərin miqdarnın Xəzər nazikbarmaq gekkonunda yüksək olması ona  letal təsir göstərmir.Toksiki mikroelementlərin öyrənilən sürünənlərin sümük və əzələ toxumasında miqdarı standart orta miqdardan yüksək olması və onlara letal təsir göstərməməsinin bir səbəbi də funksional baxımdan daha aktiv olan   sümük və əzələ toxumasında olmasıdır.

Files

Proceeding-Soft.pdf

Files (4.3 MB)

Name Size Download all
md5:751d8900d9b59ff6b53f6d49d834a492
4.3 MB Preview Download