Published December 1, 2025 | Version v1
Journal article Open

Ali Məktəbdə Tələbə Müstəqil İşinin Mahiyyəti

  • 1. ROR icon Baku State University

Description

Xülasə

Müəyyən prinsip və şərtlər əsasında təşkil olunan tələbələrin müstəqil işi sistemində idrak maraqlarının təmin olunması onların intellektual fəallıqlarını artırır, idrak və müstəqil iş tələbatını formalaşdırır. Daxili tələbat tələbəni müstəqil işə yönəldir və bununla da müstəqil iş fəaliyyəti yaranır. Tələbələrin müstəqil işi sistemi imkan və yollarından ali məktəbdə düzgün və səmərəlilik mövqeyindən istifadə tələbələrdə biliyi dərinləşdirmək, möhkəmləndirmək, bacarıq və vərdişləri formalaşdırmaqdan əlavə, stimullaşdırıcı əhəmiyyət daşıyır, nəticədə tələbə məzun olaraq pedaqoji fəaliyyətə başlarkən intellektual və peşə fəallığı göstərir. Tələbələrin müstəqil iş bacarıqlarının əsası hələ ümumtəhsil məktəbində ikən qoyulur. Ali məktəbdə müstəqil işin məzmunu, imkanları, yolları, formaları əvvəlki bacarıqlar üzərində qurulur, müstəqil işin, fəaliyyətin xarakterdə formalaşmasına təkan verir, iradəni daha da möhkəmləndirir, insanı özünə inamlı, cəsarətli edir. Ali məktəbdə TMİ-nin imkanları genişdir. Bu tədris planı üzrə ayrılmış məşğələlərdə və auditoriyadankənar çalışmalarda, tədris planından kənar sərbəst müstəqil işlərdə ehtiva olunur, müəyyən vaxt büdcəsi və əmək sərf edilməklə ondan istifadənin nəticələri meydana çıxır. Ali məktəbdə TMİ-nin təşkili və tətbiqi yolları müxtəlifdir, lakin bunların hamısı biri-birilə əlaqəlidir, vahid  məqsədə xidmət edərək, təhsil alanın müstəqillik hazırlığının formalaşdırılması vəzifəsini yerinə yetirir.

Keywords: Ali məktəb, müstəqil iş, tələbə.

Abstract

The Essence of Independent Work of Students at High School

 

Abstract

In the system of independent work of students, organized on the basis of certain principles and conditions, ensuring cognitive interests increases their intellectual activity, forms the need for cognitive and independent work. The internal need directs the student to independent work, and thus independent labor activity arises. The correct and effective use of the possibilities and methods of the system of independent work of students in higher education, in addition to deepening and consolidating students' knowledge, forming skills and abilities, also has a stimulating value, as a result of which, starting pedagogical activity as a graduate, the student shows intellectual and professional activity. The basis of the skills of independent work of students is laid in high school. The content, possibilities, methods and forms of independent work in higher education are based on previously acquired skills, give impetus to the formation of an independent and active character, additionally strengthen the will, make a person self-confident and courageous. The possibilities of TMI in higher education are wide. It is included in lessons and extracurricular activities provided for by this curriculum, in free independent work outside the curriculum, and the results of its use arise with a certain budget of time and effort. The methods of organizing and implementing TMI in higher education are varied, but they are all interconnected, serve a single purpose and perform the task of forming the student's readiness for independence.

Keywords: University, independent work, student.

Files

Mahmudova R. JEDUCAT Kasım 7. makale 2025.pdf

Files (892.2 kB)

Name Size Download all
md5:42afb7d7db22c21083a2bc2df263df50
892.2 kB Preview Download

Additional details

Additional titles

Alternative title (English)
The Essence of Independent Work of Students at High School

Dates

Submitted
2025-09-22
Accepted
2025-11-18
Issued
2025-11-30
Issued
2025-12-01
Doi

References

  • Abbasov A., Əlizadə H. (2000) Pedaqogika.Bakı nəşriyyatı.
  • Əhmədov B. (2000) Düşüncə, düşüncə, yenə də düşüncə. Azərbaycan məktəbi, 5, 32-38.
  • Əhmədov H.M. və b. (2000)İdarəetmənin pedaqogika və psixologiyası. Maarif nəşriyyatı
  • Ağayev Ə. (2000) Pedaqoji fikrimiz: dünənimiz, bu günümüz.- Bakı nəşriyyatı
  • Архангельский С.И.(1980) Учебный процесс в высшей школе, его закономерное основы и методы.- М.: Высшая школа.
  • İsmixanov M. (1978), İbtidai təlimdə şagirdlərin müstəqil işi, Bakı nəşriyyatı
  • Иоганзен Б.Г.,(1970) Научная организация самостоятельной работы студентов.Томск
  • Kazımov N.M. (1999), Ali məktəb pedaqogikası. Nicat nəşriyyatı.
  • Şəfiyev S.( 1997), Tələbələrin müstəqil işlərinə dair. Azərbaycan məktəbi,2, 3-6
  • Talıbov Y.R. (1990)Tələbələrlə müstəqil işin təşkili (tövsiyələr), Adiloğlu nəşriyyatı